Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Çoummali Sayasoneni təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Milli bayramınız - Laos Xalq Demokratik Respublikasının elan edilməsi günü münasibətilə Sizə və xalqınıza təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Laos münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir".
İlham Əliyev Çoummali Sayasoneyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Laos xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB