Tankçılarımız yarımfinalda

Azərbaycan tankçıları “Tank biatlonu-2018” müsabiqəsində yarımfinala çıxıblar. SİA-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib. Püşkatmanın nəticələrinə görə Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə