Moskva Paşinyanın stop-xətti keçməsini gözləyir ANALİZ

Moskva Paşinyanın stop-xətti keçməsini gözləyir ANALİZ

Rusiyanın qisası ağır olacaq

"Ermənistan-Rusiya münasibətlərinin son halı əlbəttə ki, narahat olmağa zəmin yaradır". SİA xəbər verir ki, bu barədə Ermənistanın 1in.am portalının canlı videobağlantısında rusiyalı politoloq Georgi Astaryan və amerikaşünas Areq Qalstyan çıxış ediblər. Onların sözlərinə görə, "məxməri inqilabdan" sonra ölkələr arasında müəyyən anlaşmalar olsa da, sonradan həmin anlaşmalar, qarşılıqlı münasibətlərdə ciddi problemlər yaranıb.

Erməni ekspertləri nə deyirlər?

"Həm Ermənistan, həm də Rusiya tərəfləri bəyan edirdilər ki, münasibətlərin əldə saxlanılması üçün bütün imkanlardan istifadə ediləcək"-deyə qeyd edən ermənji ekpertləri sonradan həmin münasibətlərin get-gedə soyuqlaşması ilə müşahidə olunduğunu bildiriblər. "Müəyyən zamanda sonra hər şey dəyişilməyə başladı,- Georgi Astaryan və amerikaşünas Areq Qalstyan deyiblər.

Rusiyalı politoloq: "Nikol Paşinyanın son hərəkətləri Kremli qıcıqlandırır"

Bu arada, digər Rusiya politoloqu, proqressiv siyasət Fondunun eksperti Mixail Qolovanov bildirib ki, artıq Moskvada küçədən gələn baş nazirlə bağlı ciddi ölçülərin götürülməsi ətrafında fikir mübadilələri aparılır. "Nikol Paşinyanın son hərəkətləri Kremli qıcıqlandırır"-deyə ekspert bildirib.

Mixail Qolovanov eyni zamanda bildirib ki, Rusiya dairələrinə yaxın olan insanların "korrupsiya ilə mübarizə" görüntüsü altında "təmizlənməsi" də Moskvanın qəzəblənməsinə səbəb olur: "Problem ondadır ki, Qarabağ klanına qarşı başladılan repressiya, ən əsası isə Robert Köçəryanın həbsi, eləcə də Xaçaturova qarşı təhdid siyasəti Kremldə korrupsiya ilə mübarizə xarakterində deyil, rusiyapərəst elementlərin təmizlənməsi kimi qiymətləndirilir".

100 milyonluq silah krediti dayandırılır!

Rusiyalı ekspert baş verənləri Ukraynada baş vermiş və hazırda da davam edən siyasi böhrana bənzədib və beləliklə, Kremlin hələlik passiv müşahidəsi gözlənilmədən Paşinyana bumeranq zərbəsi kimi dəyə bilər. "Artıq, Ermənistana silah üçün ayrılmış 100 milyonluq kreditin çatdırılması dayandırıla bilər"-Qolovanov deyib.

Beləliklə, münasibətlər nə qədər soyuyacaqsa, Nikol Paşinyan daha ağır zərbələr almalı olacaq. Moskva isə erməni baş nazirinin stop-xətti keçməsini gözləyir. Görünən isə budur ki, Paşinyanın tərsliyi onun siyasi sonluğunu sürətləndirəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə