Qanunvericiliyin uyğunlaşdırılması sahəsində təcrübəyə dair seminar keçirilib
Avropa Komissiyası və İqtisadi İnkişaf Nazirliyinin birgə təşkilatçılığı ilə "Avropa İttifaqına üzv olan dövlətlərin qanunvericiliyin uyğunlaşdırılması sahəsində təcrübəsi: problemlər və onların həlli yolları" mövzusunda seminar keçirilib.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, tədbirə dövlət qurumlarının, QHT-lərin və beynəlxalq qurumların nümayəndələri qatılıblar.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Elmi analitik sektorunun müdiri Mahir Məmmədov də iştirak edib. Təşkilatçılar tədbirin məqsəd və məramını iştirakçıların diqqətinə çatdırmış, proqram üzrə bir sıra məruzə və təqdimatlar dinlənilib.
Aparatın əməkdaşı müzakirələr zamanı çıxış edərək, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın insan hüquqları sahəsində səmərəli fəaliyyəti və təşəbbüsləri, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi istiqamətində səyləri barədə məlumat verib.
M.Məmmədov Ombudsman təsisatının digər dövlət orqanları ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə də qarşılıqlı əməkdaşlıq əlaqələri qurduğunu, Müvəkkilin mandatına uyğun olaraq, bu məhkəməyə insan hüquqları baxımından sorğular göndərildiyini, bunların bir qisminin təmin edildiyini və ya Palata tərəfindən müvafiq şərhləri ehtiva edən qərardadlar qəbul olunduğunu, bəzi sorğuların araşdırıldığını, bir neçəsinin isə məhkəmənin icraatında olduğunu bildirib.
Hazırda adı çəkilən məhkəməyə göndərmək üçün sorğular üzərində iş aparıldığı qeyd olunub.
"Əlillərin hüquqları haqqında" BMT Konvensiyasının əlilliyi olan şəxslərin insan hüquqlarından tam və bərabər şəkildə istifadə etməsini təbliğ və təmin edən əhəmiyyətli beynəlxalq sənəd olduğunu nəzərə alaraq, bu sənədin Fakültativ Protokolunun dövlətimiz tərəfindən ratifikasiya edilməsini Ombudsmanın təklif etdiyi bildirilmişdir. Müvəkkilin bu təklifinin müsbət qarşılandığı və Azərbaycanın regionda ilk ölkə olaraq, bu sənədi ratifikasiya etdiyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB