İndi müxalifət düşərgəsində anlamaz "lider"lər var ki, bilmirlər nə etsinlər. Elə, belə də olmalı idi. İndi yerindən duran özünü "lider" sayır. Ancaq düşərgə "liderləri", ən vacibi isə, Cəmil Həsənli ilə Gültəkin Hacıbəyli belə "liderliyi" qəbul etmir. Deyirlər "lider" satan və satılan olmalı, özləri də bir-birilərinə oxşamalıdırlar. Necə ki, Cəmillə Gültəkin kimi. Cəmil, ya da Gültəkin... Onların birinin soyadı Həsənli, digərinkinin isə Hacıbəyli olsa da, yolları birdir, hər ikisi satqın yolun yolçularıdır. Bir də ya Həsən keçəl, ya da keçəl Həsən?! Hər ikisi azərbaycanlı adları və soyadlarını daşısalar belə, real azərbaycanlı olmaq dəyəri onlardan qat-qat uzaqdadır.
Əqidəsizlik, satqınçıqlıq, ikiüzlülük, xəyanət, paxıllıq, xəbislik, şantajçılıq və pul hərisliyi bunların əsas amalıdır. Bütün bunlar hazırda onlara öz xeyri, mənfəəti naminə qucaq açmış AXCP sədri Ə.Kərimlidə də var. Üstəlik, lap çox miqdarda. Yəni C.Həsənli, G.Hacıbəyli nə qədər satqın, ikiüzlü, əqidəsiz, xəyanətkar, paxıl, şantajçı, pul hərisi olsalar da Ə.Kərimlidən artıq ola bilməzlər. Amma fakt budur ki, su axıb, çuxurunu tapıb. "Lider" olmaq üçün Ə.Kərimli kimi satılan, satan, əqidəsiz vətən xaini olasan. Necə ki, Cəmil və Gültəkin cütlüyü bir araya gələrək, AXCP və "Milli Şura" adlı çuxura axıb, kirli, üfunətli və mamır basmış gölməçədə birləşiblər.
Vaxtilə də "Azadlıq" bunların ruporları olaraq, hakimiyyətə qarşı Ə.Kərimlinin qara zurna havası ilə halley-şıdırğı gedirdilər. Daha abıra-zada qısılıb, vicdana gəlib demirdilər ki, əşşi, axı bir neçə il öncə, biz bu hakimiyyəti tərifləyir, seçkilərdə dəstəkləyir, özümüz də deputat-filan seçilirdik. İndi bizdə bir balaca da vicdan qalmayıb və indinin özündə xalqın dəstək verdiyi hakimiyyətə və dövlətə arxa çevirib, Ə.Kərimli kimi "malçişka"nın "otur-dur" komandasını icra edirik. Bax, abıra-zada qısılmayan Vətənə, millətə, xalqa sədaqətini itirən, ikiüzlü Cəmil-Gültəkin kimi"lider" olmaq lazımdır. Kül olub o müxalifətin başına ki, onun "lideri" C.Həsənli adlı mal oğrusudur. İki dəfə öz çörəkqabına tüpürüb, sonradan həmin qabdan çörək götürüb yeyən C.Həsənli! Ona görə də, bu anlamaz "liderdən" daha geniş yazmaq fikrim yoxdur... Bir də bu anormal "liderlər" hansı yuvanın quşlarıdır ki, onlardan da uzun-uzadı yazım...
RƏFİQƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB