ATƏT və Şura birləşmək hüququ üzrə iki günlük seminar keçirəcək

ATƏT və Şura birləşmək hüququ üzrə iki günlük seminar keçirəcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Bakı Ofisi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Qeyri-hökumət təşkilatlarının yaradılmasına dair beynəlxalq standartlar" mövzusunda iki günlük seminar keçirir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından SİA-ya verilən xəbərə görə, ATƏT və Şura təlimçilərinin aparacağı seminarda birləşmək hüququnun əhatə dairəsinə aid beynəlxalq və milli qanunvericiliyin icmalı, birləşmək hüququnun təminatı sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, ictimai birliklərin formalaşdırılması nəzəriyyəsi, hüquqi şəxsin təsis edilməsi (ictimai birliklərin qeydə alınması), fandreyzinq, qrantların qeydiyyatı və hesabatların təqdim olunması, eləcə də ictimaiyyətlə əlaqələrin qurulması və təlimçilərin təlimi üzrə metodologiyanın öyrənilməsi məsələləri üzrə müzakirələr aparılacaqdır.

Seminar 2-3 dekabr 2010-cu ildə Ləndmark-3 (Nizami küçəsi 96) "Cronus" konfrans zalında saat 9.00-dan 17.30-dək keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə