“Vətəndaşların həyat şəraitinin yaxşılaşmasına xüsusi önəm verilir” ÖZƏL-MÜNASİBƏT
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət vətəndaş amilinə söykənir və vətəndaşların sosial həyat şəraitinin yaxşılaşmasına xüsusi önəm verilir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamı çox yüksək qiymətləndirilməlidir: “Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılması kifayət qədər böyük bir məbləğdir. Ümumiyyətlə əlillərin, çernobıl, müharibə əlillərinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar təqdirəlayiq haldır. Mən cənab Prezidentin bu Sərəncamını yüksək qiymətləndirirəm. Eləcə də bir neçə gün bundan qabaq Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi oldu. Azərbaycan Prezidenti İlham Əliyev də həmin mərasimdə iştirak etdi. Hesab edirəm ki, Azərbaycan bu baxımdan da dünyanın ən inkişaf etmiş ölkələrindən biri kimi böyük nüfuza malikdir. Düşünürəm ki, cənab Prezidentin qarşıya qoyduğu bütün hədəflərə nail olunub. Bütün görülən işlər vətəndaşların sosial həyat şəraitinin yaxşılaşmasına yönəlmiş işlərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB