İlham Əliyev: “Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqları mənasız prosesə çevirmək istəyir”

İlham Əliyev: “Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqları mənasız prosesə çevirmək istəyir”

"Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Eyni zamanda Ermənistanla Azərbaycan arasında hərbi münaqişə beynəlxalq və regional təhlükəsizlik üçün böyük təhlükə törətməkdədir. Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır və bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan təkcə Dağlıq Qarabağın deyil, Azərbaycanın digər yeddi rayonunu da işğal altında saxlamaqda davam edir". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev ATƏT-ə üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə çıxış zamanı bildirib. Onun sözlərinə görə, ermənilər tərəfindən yüzlərlə insan Azərbaycanlı olduğuna görə qətlə yetirilib: "Ermənistan işğal altında olan əarzilərin bütün infrastrukturu məhf edib. Şəhərlərimiz və kəndlərimiz, evlərimiz, müqəddəs yerlərimiz, əcdadlarımızın məzarlarını, məscidləri məhv edilib. Onlar Xocalıda hərbi cinayətlər törədib və soyqırımı həyata keçiriblər, erməni silahlıları yüzlərlə mülki şəxsi qətlə yetiriblər. Yalnız ona görə ki, onlar azərbaycanlı idilər. Xocalının günahsız qurbanlarının yüzdən çoxu azyaşlı uşaqdır. Lakin bununla belə Azərbaycan əvvəlki tək sülh danışıqlarına sadiqdir və danışıqların nəticə verəcəyinə ümid edir. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, ATƏT-in qərarlarına, Avropa Parlamentinin, Avropa Şurasının və digər təşkilatların qətnamələrinə əsaslanmalıdı".

 

İlham Əliyev çıxışında Ermənistanın qeyri konstruktiv mövqe tutduğunu bildirib: "Bu gün Ermənistan işğal etdiyi əraziləri nəzarətdə saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıtmasını maneçilik törətmək üçün yenə də güc tətbiq edir. Ermənistan münaqişənin qısa zamanda həlli məqsədilə danışıqlar aparmaq əvəzinə konfliktin eskalasiyası yolu ilə getməyə üstünlük verir, atəşkəs rejimini pozur, işğal etdiyi ərazilərdə hərbi təlimlər keçirir, bizim şəhər və kəndlərimizin tarixi adlarını dəyişdirir, işğal etdiyi ərazilərdə insanları qanunsuz məskunlaşdırır və sülh prosesini mənasız prosesə çevirməyə cəhd göstərir. Ermənistanın danışıqlar prosesində özünü necə aparması belə düşünməyə əsas verir ki, Ermənistan işğal etdiyi əraziləri azad etməyə can atmır, əksinə status-kvonu uzun müddət qorumaq və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqları mənasız prosesə çevirmək istəyir. Danışıqlar 20 ildir aparılır, amma nəticə yoxdur. Biz danışıqları davam etdirməyə, ən qısa müddətdə başa çatdırmağa, beynəlxalq hüquq norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanan nəticə əldə etməyə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə