Çavuşoğlu ABŞ-ın dövlət katibi ilə görüşüb

Çavuşoğlu ABŞ-ın dövlət katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Sinqapurda ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşüb. SİA Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş zamanı Suriyadakı vəziyyəti, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi, “F-35” döyüş təyyarələrinin Türkiyəyə tədarükü, həmçinin amerikalı keşiş Endryu Bransonun mühakiməsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, ABŞ 2016-cı il iyulun15-də Türkiyədə dövlət çevirlişində iştirakda şübhəli bilinən Endryu Bransona görə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə