Türkiyə və Qazaxıstan prezidentləri Qarabağ problemini müzakirə ediblər

Türkiyə və Qazaxıstan prezidentləri Qarabağ problemini müzakirə ediblər

Astanada keçirilən ATƏT-in zirvə toplantısında Türkiyə prezidenti Abdullah Gül ilə onun qazaxıstanlı həmkarı Nursultan Nazarbayev görüşüb. SİA-nın "Tengrinews.kz" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, zirvə toplantısının proqramına daxil olmayan görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və ikitərəfli münasibətlər müzakirə edilib.

 

Türkiyə dövlət başçısı 11 illik fasilədən sonra təşkilatın növbəti sammitinin dost və qardaş ölkə olan Qazaxıstanda keçirilməsindən sevindiyini bildirib. Qeyd edək ki, ATƏT-in son sammiti 1999-cu ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə