Azərbaycanın dövlət başçısı ATƏT-in Astana sammiti çərçivəsində görüşlərini davam etdirir- Yenilənib

Azərbaycanın dövlət başçısı ATƏT-in Astana sammiti çərçivəsində görüşlərini davam etdirir- Yenilənib

ATƏT-ə üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak edən Azərbaycan prezidenti İlham Əliyev ikitərəfli görüşləri davam etdirir. SİA-nın xəbərinə görə, bu gün Azərbaycan prezidenti İlham Əliyev Sloveniya prezidenti Danilo Türklə görüşüb. İkitərəfli münasibətlərin geniş müzakirə olunduğu görüşdə qeyd edilib ki, əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanlar var. Həyata keçirilmiş qarşılıqlı səfərlər əlaqələrimizin inkişafına töhfə verib. Sloveniya Prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə maraqlanıb, prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.

Azərbaycan prezidenti bu gün həmçinin Avropa İttifaqının prezidenti Herman Van Rompeyin ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniya Baş nazirinin müavini Nik Kleqinlədə görüşü olub.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi, ölkələrimizin enerji sahəsində əlaqələrinin xüsusi əhəmiyyəti qeyd olundu.

Bildirildi ki, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlər vardır. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı. Prezidenti İlham Əliyevin və Avstriya Prezidenti Haynts Fişerinlədə görüşüb.

Avstriya Prezidenti qeyd etdi ki, ölkəsi Azərbaycan ilə siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafında çox maraqlıdır. Bu istiqamətdə müəyyən addımların atılmasının, o cümlədən Azərbaycanda çalışan Avstriya şirkətlərinin fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulandı.

Prezident Haynts Fişer bu baxımdan Avstriyanın müvafiq şirkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında əməkdaşlığın genişlənməsinin əhəmiyyətini qeyd etdi.

Avstriya Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə maraqlandı. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı.

Astanada eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü baş tutub. Görüşdə Azərbaycan ilə Belarusun siyasi, iqtisadi və digər sahələrdə əlaqələrinin inkişafından, ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olundu.

Dövlət başçıları birgə müəssisələrin yaradılmasına, enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi apardılar.

Bütün xəbərlər Facebook səhifəmizdə