Məhkəmə Aslan İsmayılovun böhtançı olduğunu təsdiqlədi

Məhkəmə Aslan İsmayılovun böhtançı olduğunu təsdiqlədi

Hüquqi-demokratik prinsiplərə sədaqətli olan Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin olunur. Bu yanaşma beynəlxalq təşkilatlar, eləcə də, demokratik düşüncəli dünya xalqları tərəfindən yüksək qiymətləndirilir. Ancaq mövcud faktlar, onu deməyə əsas verir ki, bəzi qruplar, xüsusilə də, dağıdıcı müxalif ünsürlər ölkəmizdə yaradılan demokratik mühitdən sui-istifadə etməyə cəhdlər göstərirlər. Vaxtaşırı qondarma vəkil Aslan İsmayılov, başıbəlalı "hüquq müdafiəçi"ləri Leyla və Arif Yunuslar, Xədicə İsmayıl, İntiqam Əliyev, xaricdən maddi və mənəvi dəstək alan Əli Kərimli, Arif Hacılı, Cəmil Həsnli və digərləri xalq və dövlət əleyhinə milli maraqlara zidd olan açıqlamalar verir, populist bəayanatlarla çıxışlar edirlər. Bəzən lüzumsuz və əhəmiyyətsiz aksiyalar keçirməklə dağıdıcı müxalif ünsürlər siyasi sabitliyə xələl gətirməyə cəhdlər göstərirlər. Əli Kərimlinin, Arif Hacılının, Cəmil Həsənlinin, İsa Qəmbərin yalan vədlərlə aldadıb ətraflarına topladıqları qeyri-yetkin, ictimai faydalı əməklə məşğul olmayan insanları, xüsusilə, gəncləri dövlətçiliyə qarşı mübarizəyə səsləyərək, icazəsiz mitinq keçirməyə cəhd göstərmələri, mənəviyyatsızlıqdan başqa bir şey deyil. Maraqlısı isə odur ki, bu ünsürlər rahat və təhlükəsiz yerdə gizlənərək, hətta öz uşaqlarını da aradan çıxararaq, gəncləri antimilli hərəkətlər törətməyə təhrik ediblər. Bu azmış kimi, Avropada təlimatlandırdıqları mühacirlər vasitəsi və sosial şəbəkələr vasitəsi ilə xalqımızın əleyinə şər və böhtan kampaniyası təşkil edirlər. Ancaq məlum faktdır ki, böhtançılar elə Azərbaycan cəmiyyəti tərəfindən ifşa olunurlar. Bunu sosial şəbəkələrə nəzər yetirməklə də görmək mümkündür.

Qondarma vəkil ifşa olundu

Bu arada diqqətçəkən məqamlardan biri də budur ki, müxalifət, qazanın dibini yalayan siyasiləşmiş QHT təmsilçiləri, eləcə də, ayrı-ayrı fərdlər sabunlanıb meydana çıxırlar. Cəmiyyət belələrinə əhəmiyyətsiz yanaşsa da, bu məxluqlar ürək bulandıran əməllərindən əl çəkmirlər. Qondarma vəkil Aslan İsmayılov da müxalifətə yarınan və onların istəklərinə uyğun fəaliyyətini qurmağa çalışan ünsürlərdir. Bu məxluq vaxtaşırı təmiz və vicdanlı insanları hədəfə alıb, onların ünvanına ittihamlar sələndirir. A.İsmayılovun təhqir hədəfinə seçicilərindən bir də "Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyev olub. H.Hacıyevi "Balıq Hafiz" adlandırn A.İsmayılov sosial şəbəkədəki şəxsi hesabında "Müasir Müsavat" Partiyasının sədri H.Hacıyevin ünvanına sərt ittihamlarla çıxış edib. Partiya sədrini "ləkəli birisi" adlandıran A.İsmayılov H.Hacıyevin çoxsayı obyektlərinin olmasından, iş adamları ilə mal mübadiləsindən və bu kimi digər məsələlərdə ittiham edib və iddialar irəli sürüb.

H.Hacıyev isə A. İsmayılovu boşboğaz adlandırıb. Bildirib ki, A.İsmayılov Azərbaycanda "SOROS" fondunun təmsilçilərindən biridir: "Bu günlərdə övladına toy etdi. Ora gələn paketlərin hamısında soyadlarını dəyişən ermənilərin adları qeyd olunub. Bu toy erməni kəşfiyyatının pulu ilə həyata keçirilib. Məndə dəqiq informasiya var ki, həmin toyda ermənilər də iştirak edib. Hətta Azərbaycanımızın əleyhinə şok-danışıqlar olub. Elə Cəmil Həsənlinin toyda dediyi tostun mətni hüquq-mühafizə orqanlarını ciddi düşündürməlidir. Mən bir daha hüquq-mühafizə orqanlarımıza müraciət edirəm, dövlətimizə qarşı uzanan xain əlləri qandallayın və bir tədbir görün". H.Hacıyev bildirib ki, o "Balıq" adı ilə fəxr edir: "Balıq təmiz sularda üzür. Onun kimi dövlətimə və xalqıma xəyanət etmirəm. Yaxın günlərdə onu məhkəməyə verəcəm. O zaman Hafiz Hacıyevin qalibiyyətinin şahidi olar".

AMİP funksioneri Əli Orucov "Səs" qəzetinə açıqlamasında A.İsmayılovun vəkil olmadığını bildirib: "Onun vəkillik səlahiyyətlərinə xitam verilib. A.İsmayılov 1988-ci ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən ermənilərin törətdikləri Sumqayıt hadisələrinə görə günahsız azərbaycalıların cəzalandırılması üçün Azərbaycana göndərilmiş şəxsdir. O, prokuror olaraq cinayəti və vəhşiliyi törədənlərin deyil, günahsız soydaşlarımıza ən ağır, hətta ölüm hökmünün verilməsini tələb edən xaindir. Onun arxasında heç bir qüvvə-filan yoxdur. O, kimdir ki, arxasında da hansısa qüvvələr dayansın?! Aslan İsmayılovun işi-gücü təxribat törətmək, böhtan, şantaj və qarayaxmalar səsləndirməkdir".

Məhkəmənin qərarı Aslan İsmayılovun sifətinə vurulan sərt sillə oldu

A.İsmayılovun insanlardan biri də iş adamı Mürvət Həsənov olub. İş adamı bildirib ki, onun "Emre Piliç - Qida Sənaye və Ticarət Limited" şirkətinin rəhbəri Ömür Oral arasında yaşanan qalmaqalda türk biznesmenin vəkili A.İsmayılov olub. M. Həsənov iddia edir ki, hüquqşünas Facebook sosial şəbəkəsində ona "dələduz" deyib. Təbii ki, Azərbaycanda insanların şərəf və ləyaqəti qnunla qorunur. Qanunla insanın təhqir edilməsi, şərəf və ləyaqətinin alçaldılaması yolverilməzdir. Belə hallara yol verənlər məhkəmə qaydasında cəzalarını ala bilrlər. M.Həsənov, məhz qanunvericiliyin ona verdiyi imkandan istifadə etməklə onu təhqir edən A.İsmayılovun cəzalandırılmasına nail olub. Hakim Azər Tağıyevin sədrliyi ilə Səbail rayon Məhkəməsində keçirilən məhkəmədə A.İsmayılov əməkhaqqının 15%-nin dövlətin xeyrinə tutulması şərtilə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib və 1500 manat həcmində cərimə olunub. Xatırladaq ki, iyulun 4-də Bakının Səbael Rayon Məhkəməsi Aslan İsmayılovu "Müasir Müsavat" Partiyasının sədri Hafiz Hacıyevin iddiası ilə 1500 manat cərimələyib.

Böhtaçının cəzalandırılması gözləniləndir. Yəqin ki, bundan sonra onun danışmağa dili olmayacaq. Bir növ ifşa olunduğunu dərk edib, qınına çəkiləcək. Hər halda proqnozlar belədir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə