Səhiyyə Nazirliyinin internet saytı yeni formatda oxucuların ixtiyarına veriləcək - AÇIQLAMA

Səhiyyə Nazirliyinin internet saytı yeni formatda oxucuların ixtiyarına veriləcək - AÇIQLAMA
Yaxın zamanlarda Səhiyyə Nazirliyinin internet saytı yeni formatda oxucuların ixtiyarına veriləcək. Bu barədə SİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O bildirib ki, ictimaiyyət www.sehiyye.gov.az internet saytının yenilənmiş variantından dekabrın sonlarından etibarən bəhrələnə biləcəklər. A.Qədirlinin sözlərinə görə, yeni sayt rəngarəng formada və sırf xəbər saytı olacaq: "Saytdakı xəbərlər mütəmadi olaraq yenilənəcək və əhali səhiyyə sahəsində baş verən yeniliklərdən xəbər tutacaq. Hazırda saytda son tamamlanma işləri görülür və nazirliyin rəsmi saytı dekabrın 25-dən sonra cəmiyyətə təqdim olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə