Sergey Lavrov: "Rusiya “Qarabağda həllin təməl prinsipləri” planını hazırlayacaq" - MÜNASİBƏT

Sergey Lavrov: "Rusiya “Qarabağda həllin təməl prinsipləri” planını hazırlayacaq" - MÜNASİBƏT

"Rusiya "Qarabağda həllin təməl prinsipləri" planını hazırlayacaq". SİA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov "Rusiyanın səsi" radiosuna verdiyi açıqlamasında deyib.

 

Rusiyanın Dağlıq Qarabağ probleminin həlli üçün Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) qurduğu Minsk Qrupunun həmsədrlərindən birini olduğunu xatırladan xarici işlər naziri bildirib ki, Rusiya dövlət başçısı Dmitri Medvedev bu məsələ ilə şəxsən məşğul olur: "O, bu günə qədər Azərbaycan və Ermənistan prezidentləri ilə 7-8 dəfə görüşüb. Görüşlərdə hələ də həll edilməyən münaqişəni qavramaq və yanaşmalardakı ziddiyyətləri ortadan qaldırmaq istiqamətində ciddi səylər göstərilib. Rusiyanın məqsədi "Qarabağda həllin təməl prinsipləri" adlı əhatəli bir sənəd hazırlamaqdır. Ancaq hələ də ciddi problemlər qalmaqdadır".

 

S.Lavrov Minsk qrupunun digər həmsədr ölkələri ABŞ və Fransa ilə yaxın əməkdaşlıq etdiklərini və ATƏT-in Astana zirvəsi öncəsi Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüklərini deyib. Son dövrlər atəşkəs rejiminə riayət edildiyini söyləyən Rusiya xarici işlər naziri bildirib ki, indiki halda münaqişənin həllində bir sıçrayış əldə olunduğunu demək çətindir: "Bu çox incə bir məsələdir. Astana zirvəsi ola biləcək bir müsbət inkişafa yardım etsə, bu ciddi bir uğur olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə