Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanatla çıxış ediblər
Bu gün Qazaxıstanın Astana şəhərində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təmsilçiləri, Rusiya prezidenti Dmitri Medvedev, Fransanın baş naziri Fransua Fiyon, ABŞ-ın xarici işlər naziri Hillari Klinton, eləcə də Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müştərək bəyanatla çıxış ediblər. SİA-nın məlumatına görə, bəyanatda münaqişə tərəfləri atəşkəs rejiminin möhkəmləndirilməsi, bütün sahələrdə etimad mühitinin gücləndirilməsi üçün əlavə tədbirlər görməyə çağırılır.
Bəyanatda qeyd olunub ki, sülh yolu ilə nizamlanma bölgəyə stabillik və təhlükəsizlik gətirəcək və region xalqlarının real barışmasını təmin edəcək yeganə üsuldur. Bəyanatda münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, həmçinin prezidentlər Dmitri Medvedyev, Nikola Sarkozi və Barak Obamanın 10 iyul 2009-cu ildə Akvilldə, 26 iyun 2010-cu ildə Muskokada verdikləri bəyanat əsasında birdəfəlik nizamlanmasına nail olmaq barədə öhdəliklərini təsdiqləyiblər.
Qeyd olunub ki, ATƏT-ə həmsədrlik edən ölkələr ABŞ, Fransa və Rusiya münaqişənin sülh yolu ilə nizamlanmasında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək verəcəklər: "Onlar Azərbaycan və Ermənistan liderlərini diqqətlərini ikiqat enerji ilə qeyd olunan əsas prinsiplərdə əks olunan məsələlər üzərində cəmləşdirməyə çağırıb, həmsədrlərə isə danışıqlar üçün ən yaxşı atmosfer formalaşdırmağa kömək etmək üçün münaqişə tərəfləri ilə işi davam etdirməyi tapşırıb, tərəfləri atəşkəs rejiminin möhkəmləndirilməsi, bütün sahələrdə etimad mühitinin gücləndirilməsi üçün əlavə tədbirlər görməyə çağırırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB