Rusiya və Ukrayna dondurulmuş münaqişələrin həllinə münasibət bildirib
"Rusiya münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır". SİA-nın Qazaxıstan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Dmitri Medvedyev ATƏT-in Astana sammitində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ATƏT öz potensialını itirməyə başlayıb və bu səbəbdən də təşkilatın effektivliyini qaldırmaq üçün dəqiq hüquqi baza yaratmaq lazımdır: "Gürcüstanda olduğu kimi münaqişələrin hərbi yolla həlli yolverilməzdir".
Ukrayna prezidenti Viktor Yanukoviç isə çıxışında dondurulmuş münaqişələrin sülh yolu ilə həllinin vacibliyini deyib: "Dondurulmuş münaqişələr sülh yolu ilə və beynəlxalq hüquq normaları, eyni zamanda ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaq prinsipi əsasında həll olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB