Məlum olduğu kimi inkişaf edən dünyada son vaxtlar bir çox təhlükəli xəstəliklər baş alıb gedir, viruslar sürətlə yayılır. Quş və donuz qripləri elmə məlum olan kimi onlara qarşı mübarizə yolları da araşdırılmağa başlanıldı. Lakin danmaq olmaz ki, bəzən bir çox yolxucu xəstəliklərin yaranmasına insanlar da şərait yaradır. Xüsusəndə qida məhsullarına nəzarətin zəif olması daha çox xəstəliklərin yayılmasına şərait yaradır. Qax rayonunda da bəzi qida məhsullarının keyfiyyətinə nəzarət işinə ciddi diqqət yetirilmir.
Belə ki, bu günlərdə apardığımız araşdırmalar nəticəsində bir çox sallaqxananın antisanitariya şəraitində olmasının şahidi olduq. Satıcılarla söhbətimizdən belə məlum oldu ki, Qax rayon Baytarlıq İdarəsi hər səhər ət mağazalarına gələrək ət məhsullarından hər hansı birinə satışa yararlı olmasını göstərən möhür vurub, 3 manat pul almaqla öz işini bitmiş hesab edir. Vurulan möhürlərə biz də baxdıq, heç nə oxunmasada mürəkkəbin ləkəsi azacıq qalmışdı. Hər halda satıcılarda gigiyenik qaydalara, təmizliyə riayət etsələr yaxşı olar.
Qax rayon Baytarlıq İdarəsində olduğumuz müddətdə məlum oldu ki, idarə rəisi Nadir Aşurov məzuniyyətdədir. İdarədən bildirdilər ki, rəisi əvəz edən Rahib Qocayevdir. Onunla da görüşüb, məsələyə aydınlıq gətirmək bizə nəsib olmadı. Ümumiyyətlə, idarədə bir xanım əməkdaşdan başqa heç kimi tapmadıq. Telefon vasitəsilə də əlaqə yaradıb Qax rayon Baytarlıq İdarəsinin rəsmilərinin mövqeyini öyrənmək istəsək də cəhdlərimiz baş tutmadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB