Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın Baş naziri George Papandreu ilə görüşüb.
SİA-nın xəbərinə görə, Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlərin olduğu qeyd edildi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunuldu. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB