İlham Əliyev Niderlandın Baş naziri ilə görüşüb

İlham Əliyev Niderlandın Baş naziri ilə görüşüb

Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Niderlandın Baş naziri Mark Ruttenin görüşü olub.

SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edildi, bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac olduğu vurğulandı. Bildirildi ki, səfirliklərin açılması ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.

Görüşdə Azərbaycan ilə Niderland arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulandı.

Bütün xəbərlər Facebook səhifəmizdə