Dekabrın 1-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. SİA-nın xəbərinə görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirildi.
Türkiyə Prezidenti dövlətimizin başçısını parlament seçkilərinin uğurla başa çatması münasibətilə təbrik etdi.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB