Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) dövlət və hökumət başçıları zirvəsinə qatılan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Ki Mun dünyada nüvə silahlarının azaldığını, amma hələ də bu silahların bir təhlükə olaraq qaldığını söyləyib. SİA-nın "Tengrinews.kz" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, zirvə toplantısında çıxış edən BMT-nin baş katibi nüvə silahlarının yayılmaması mövzusunda Qazaxıstanın atdığı addımlardan dünya ölkələrin nümunə götürməsinin lazım olduğunu vurğulayıb.
Pan Ki Mun ATƏT üzvü ölkələrə nüvə silahlarının yayılmaması üçün verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ölkədəki Semipalatinskdəki nüvə mərkəzini dayandırmasının təqdirə layiq bir addım olduğunu dilə gətirən BMT-nin baş katibi regional sülh və sabitliyin qorunması üçün səylərin artırılmasının lazım olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB