Hillari Klinton: “Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi prinsiplər əsasında olmalıdır”

Hillari Klinton: “Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi prinsiplər əsasında olmalıdır”

"Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun müəyyənləşdirdiyi prinsiplər əsasında olmalıdır". SİA-nın "KAZİNFO"ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Müstəqillik sarayında keçirilən ATƏT-in Astana sammitində çıxışı zamanı söyləyib: "Mən Minsk qrupu həmsədrləri adından bildirmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişənin həlli zamanı Helsinki prinsiplərinə və ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin dövlət başçılarının iyulun 10-da Akvilldə bəyan etdiyi və Muskokda 26 iyul tarixində yenidən təsdiqlədiyi 6 prinsipə əsaslanmaq vacibdir".

 

Onun sözlərinə görə, bu prinsiplərdən hansısa birini seçmək olmaz: " Əgər bu prinsiplərdən biri seçib digəri kənara qoyulsa, bu münaqişənin həllinə imkan verməz. Eyni zamanda ATƏT məkanında bir sıra münaqişələr həllini tapmamış qalır və ATƏT bu münaqişələrinə həllində böyük rol oynamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə