Müşfiq Ələsgərli: “Ölkəmizlə bağlı ciddi kampaniyalar aparılır” ÖZƏL-MÖVQE

Müşfiq Ələsgərli: “Ölkəmizlə bağlı ciddi kampaniyalar aparılır” ÖZƏL-MÖVQE

"2018-ci ilin başlanğıcından həyata keçirilən söyüş layhəsi, ardınca Gəncədə yaşanan olaylar və sadalamaqla bitməyən digər hadisələr onu göstərir ki, ölkəmizlə bağlı ciddi kampaniyalar aparılır”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

“Baxmayaraq ki, variantlar fərqlidir, amma təhlillər göstərir ki, bunlar vahid mərkəzdən idarə olunan proseslərdirlər. Kampaniya çərçivəsində ən müxtəlif üsullar sınaqdan çıxarılır ki, bunlardan biri də dini mövzudur. Xatırlayırıq ki, Gəncə hadisələri zamanı da dini mövzudan yararlanmaq istədilər. Çünki din həssas məsələdir, onun təxribat üçün seçilməsi də təsadüfi deyil. Amma inanırıq ki, bütün bu təxribatlar heçə endiriləcək. Azərbaycan əhalisi ayıqdır, təhsillidir, həm də bənzər sınaqlardan dəfələrlə çıxıb, bu cür təxribatlardan yayınmaq üçün təcrübəsi var”-deyə, MŞ-nın sədr müavini fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə