Deputat: “Ermənistanda təmizlənmə işləri gedir" ÖZƏL-ŞƏRH

Deputat: “Ermənistanda təmizlənmə işləri gedir" ÖZƏL-ŞƏRH

“Düşünürəm ki, Ermənistanda təmizlənmə işləri gedir. Həbs olunanlar “Qarabağ klanı”nı təmsil edənlərdir ki, onlar Ermənistanda ermənilərin hakimiyyətdə təmsil olunmasında maneçilik törədirdi. Ümumiyyətlə, Ermənistanda demokratiya və insan haqları deyilən məfhum yox idi. 2008-ci il prezident seçkilərinə etirazını bildirən insanlara qarşı amansız divan tutulduğu zaman Azərbaycan nümayəndə heyəti beynəlxalq təşkilalarda bununla bağlı fikirlər söyləyəndə onlar deyirdilər ki, biz maraqlı tərəf olduğuna görə düzgün danışmırıq. Amma özləri isə hesabatlarında Ermənistandakı demokratik, şəffaf seçkidən danışırdılar. İndi isə ermənilərin özləri öz cəlladlarını cəzalandıranda aydın olur ki, seçkiləri izləyən beynəlxalq təşkilatlar da yalanla dolu hesabatlar açıqlayırlar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Koçaryanın, Sarkisyanın qohumlarının həbsi, Xaçaturovun həbsinə hazırlıq görülməsi və ümumiyyətlə, cərəyan edən hadisələr Ermənistanın keçmişinin qaranlıq olmasının göstəricisidir: “Bütün bu proseslər çətin olsa da Ermənistan üçün vacib idi. Artıq İrəvanın küçələrində ölən əsgər anaların etiraz dalğası da genişlənməkdədir və etitazlarda Dağlıq Qarabağa göndərilərək övladlarının ölməsinə qarşı çıxırlar. Ümumiyyətlə Dağlıq Qarabağdan imtina ətrafında iş getdiyi hiss olunur. “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması, Dağlıq Qarabağla bağlı etiraz şüarlarının sələndirilməsi, Paşinyanın hərbi ritorika ilə danışması bütün bunlar boş –boşuna baş vermir.

Paşinyan ölkənin düşdüyü vəziyyətdən çıxarmaq üçün yol axtarır və proseslərin gedişatı onu deməyə imkan verir ki, yaxın vaxtlarda Dağlıq Qarabağla bağlı ciddi danışıqlar təklifi gələ bilər. Çünki, Paşinyan birdən-birə danışıqlara getsə Qarabağ ermənilərin təşkilatçılığı ilə yenidən dövlət çevrilişi edə bilərlər. Torpaqla bağlı məsələ çox həssas məsələdir və Ter –Petrosyanı da vaxtilə Azərbaycanla danışıqlara razılığa gəldiyinə görə hakimiyyətdən uzaqlaşdırmışdılar. Ona görə də hazırda Ermənistanda danışqlara getmək üçün neytrallaşdırma prosesinin getdiyini düşünürəm. Bütün bunlar onu deməyə imkan verir ki, ermənilər müharibə vəziyyətində olmaqlarından yorulublar və məhvə doğru getdiyini anlamağa başlayıblar. Hər bir halda Ermənistanın gələcəyi Azərbaycanla mehriban qonşuluq münasibətlərin yaradılmasından gedir və indiki erməni hakimiyyətinin bunu başa düşməyə başladığını düşünürəm. Sonda qeyd etmək istəyirəm ki, müşahidələrimə görə Ermənistanda baş verən son proseslər Azərbaycanla razılığa gəlməyinə hazırlıqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə