Pentaqon təhlükəsizlik tədbirlərini gücləndirir

Pentaqon təhlükəsizlik tədbirlərini gücləndirir

Daha öncə Əfqanıstan və İraqdakı müharibələrlə bağlı sənədləri yayımlayan "Wikileaks"ın üçüncü dalğası daha böyük sarsıntı yaradıb. SİA-nın xəbərinə görə, hələ ABŞ Dövlət Departamentindən əldə edilən gizli sənədlərin yalnız bir qismi açlıqlanıb, ancaq ABŞ artıq ciddi diplomatik böhran qarşısındadır.

Bu hadisə internetin verdiyi imkanların kəşfiyyat və daha geniş çərçivədə milli təhlükəsizlik sahəsində nə dərəcədə önəmli silah halına gəldiyini də nümayiş etdirir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinə məxsus xəbərləşmələr 11 sentyabr terrorundan sonra görülən təhlükəsizlik tədbirləri çərçivəsində müxtəlif qurumların bir-birindən xəbərdar olması üçün 3 milyon insanın girişi olan bir platformada saxlanılırmış. Orduya qəzəbli olan bir kəşfiyyat zabitinin sənədləri bu sayədə gördüyü və bir CD-yə köçürərək sayta ötürdüyü bildirilir. Zabit bunu bir dostuna danışıb və həmin dostunun onu satması nəticəsində həbs edilib. Onun gizli sənəd sızdırma və vətənə xəyanət maddələri ilə 52 il həbs cəzası tələbilə mühakimə olunacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə