Bütün dünya paytaxtlarında səhər qəzetləri ABŞ və onun müttəfiqlərinə başağrısı yaradıb. SİA-nın voanews.com-a istinadın verdiyi xəbərə görə, açıqlanan sənədlər rüsvayçı, bəzi hallarda isə ziyanverici xarakter daşıyır. Sənədlərdə İtaliyanın baş naziri Silvio Berluskoni qeyri-effektiv, özündən razı adam kimi təsvir olunur. Liviya lideri Müəmmər Qəzzafinin kök ukraynalı tibb bacısı ilə daim müşayiət olunduğu vurğulanır. Belə məlum olur ki, bir neçə ərəb ölkəsi ABŞ-a İranın nüvə proqramının qarşısını almaq üçün hücum etmək yönümündə təzyiq göstəriblər. Digər xəbərlər ABŞ-ın Yəməndə hava zərbələri həyata keçirdiyini iddia edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB