'Wikileaks" sənədlərinin yaratdığı sarsıntının davam etdiyi bu günlərdə ABŞ-dan yüksək səviyyəli heyət Ankarada görüşlər keçirir. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin Terrorla Mübarizə Koordinatoru, səfir Daniel Benjaminin rəhbərlik etdiyi heyət Türkiyə Xarici İşlər Nazirliyində müzakirələr aparıb.
Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada heyətin təmaslarının uzun müddət öncə planlaşdırıldığı bildirilib. İki ölkə arasında terrorla mübarizə məsələlərinin də müzakirə olunacağı danışıqlara müdafiə, ədliyyə nazirlikləri və xəzinə kimi qurumların təmsilçiləri də qatılıb.
Görüşlərdə terrorla mübarizə ilə yanaşı, PKK və digər terror təşkilatları ilə mübarizədə Türkiyə və ABŞ arasındakı əməkdaşlıq məsələləri ilə bağlı da fikir mübadiləsi aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB