Yaponiya hökumətinin layihəsi çərçivəsində 2254 məcburi kökçün su məntəqələri ilə təmin edilib
Dekabr ayının 2-də Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində həyata keçirilən "Ağcabədi rayonu Taxtakörpü kəndində Laçın rayonundan olan məcburi köçkünlərin yaşayış məntəqəsində su təchizatının təkmilləşdirilməsi" layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi keçiriləcək. Yaponiya Səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe, Ağcabədi rayonu icra başçısı Şahin Məmmədov, Laçın rayonu icra başçısı Ramiz Cəbrayılov və başqaları iştirak edəcəklər.
Layihənin məqsədi paslanmış köhnə su borularını uzunluğu 7.1 km olan əsas su borusu və uzunluğu 1.1 km olan ötürücü boru xətləri ilə əvəz edib 15 su bulağını yenidən təmir etdirmək və 5 yeni su bulağı çəkdirmək olub. Layihə nəticəsində 2254 məcburi kökçün su məntəqələri ilə təmin edilib.
İndiyə kimi bu proqram çərçivəsində Azərbaycanda ümumi məbləği 10 milyon 34 min 120 ABŞ doları olan 136 layihə həyata keçirilib. Yaponiyanın iqtisadi infrastrukturunun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial və başqa sahələrdə inkişaf üçün Azərbaycana ayırdığı rəsmi yardım 1 milyard dolları keçib.
Xatırladaq ki, ümumi məbləği 97000 ABŞ dolları olan qrant kontraktı 2009-cu il dekabr ayının 25-də Yaponiya səfirliyi ilə "World Vision" beynəlxalq humanitar təşkilatı arasında imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB