Ermənistanda əsgər yeməkləri satışa çıxarılıb

Ermənistanda əsgər yeməkləri satışa çıxarılıb

Ermənistanda müxtəlif satış nöqtələrində əsgərlər üçün istehsal edilən məhsulların satışı aşkarlanıb. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin ərzaq təhlükəsizliyi xidmətinə “Əsgər payı” markası olan məhsulun başqa bir adla maskalandığı məlum olub.

Satış üçün nəzərdə tutulmamış hərbi məhsulun üzərinə əlavə kağızda “mal əti konservi” etiketi vurulub. Etiketin üzərində konservin içərisinə daxil olan ərzaqlar da şadlanıb.

İstehsalçı H.A.N.S.-FOOD LLC hərbi məhsulların satışa çıxarılmasını işçilərin səhvi kimi qələmə verib. Şirkətin bəyanatına görə işçilər sadəcə sifarişləri qarışıq salıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə