Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) erməni baş katibi, general Yuri Xaçaturova qarşı da ittiham irəli sürülüb. SİA xəbər verir ki, bu barədə “lragir.am” saytı yazıb. Məlumata görə, ona qarşı sürülən ittiham konstitusiya qanunlarını pozması ilə bağlıdır. Artıq,
Yuri Xaçaturovun barəsində şifahi istintaq aparan orqan onun həbs edilərək, nəzarət altına götürülməsi ilə bağlı qərar da çıxarıb.
Qeyd edək ki, Xaçaturov da 1 mart hadisələrində ittiham olunur və Ermənistanın ikinci prezidenti Robert Köçəryanın silahsız insanlara atəş açmaq əmrini icra etdiyi bildirilir.
Xatırladaq ki, KTMT-nin əsas rıçaqı Rusiyadır və bu ölkənin egidası altında fəaliyyət göstərir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB