Respublika Partiyası da Köçəryanın müdafiəsinə qalxdı BƏYANAT

Respublika Partiyası da Köçəryanın müdafiəsinə qalxdı BƏYANAT

“Təqdim olunan ittiham siyasi təqib təəssüratını yaradır və hüquq baxımından absudrddur”

Ermənistan iqtidarından devrilmiş Respublika partiyası ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı sürülmüş ittihamı pisləyən bəyanat yayıb. SİA xəbər verir ki, bununla bağlı “lragir.am” saytı yazır. Məlumata görə, bəyanatda deyilir ki, Ermənistanın Respublika partiyası ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı cinayət işi açılması və onun nəzarət altına alınması ilə bağlı qərardan ciddi narahatlıq keçirir.

“Təqdim olunan ittiham siyasi təqib təəssüratını yaradır və hüquq baxımından absudrddur” deyə bəyanatda qeyd edilir. SİTAT: Respublika partiyası mövcud vəziyyəti demokratik inkişafa təhlükə hesab edir və hüquqi dövlətə qarşı zərbə kimi qiymətləndirir. Siyasi motivlər üzərində qaldırılmış cinayət işi və ittihamlar Ermənistanın konstitusiyasını təhlükəyə atır”.

Bəyanatda Robert Köçəryana qarşı cinayət işinin aparılması qondarma ittiham olaraq göstərilir və ölkənin ikinci prezidentinin Dağlıq Qarabağın işğalındakı rolu barədə xatırladılır. “Biz, bu halı keçmişdən fərqli olaraq, yenilənən müxalif fikirlilərin susdurulmasına cəhd kimi də qiymətləndiririk”-deyə sözügedən bəyanatda bildirilir.

Xatırladaq ki, bundan öncə, Daşnaksyutun da bənzər bəyanat yayaraq, Robert Köçəryanın müdafiəsinə qalxdığıını bəyan edib. Köçəryan özü isə baş verənləri "dövlətçiliyin təməlinə qoyulmuş bomba" olaraq qiymətləndirib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə