Sergey Lavrov: “Astanada Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi irəliləyişin əldə olunacağı barəsində heç nə deyə bilmərəm” - AÇIQLAMA

Sergey Lavrov: “Astanada Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi irəliləyişin əldə olunacağı barəsində heç nə deyə bilmərəm” - AÇIQLAMA

"ATƏT-in Minsk qrupu həmsədrlərinə ATƏT-in Astana sammitində Azərbaycan və Ermənistan tərəfini qane edəcək sənəd hazırlanması barəsində tapşırıq verilib. Hansı ki, bu sənədə rəsmi Bakı və İrəvan eyni zamanda həmsədr dövlətlər imza ata bilsın". SİA-nın xəbərinə görə, bunu Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov bildirib: " Ümidvaram ki, bu alınacaq"- deyə o əlavə edib.

 

Son zamanalar təmas xəttində atəşkəsin pozulma hallarının baş vermədyini bildirən rusiyalı diplomat: " Mən Astana sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi irəliləyişin əldə olunacağı barəsində heç nə deyə bilmərəm. Əgər Astana sammiti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gələcək inkişafa köməklik göstərərsə, bunu artıq ciddi nailiyyət hesab etmək olar"- qeyd edib.

 

Sergey Lavrov eyni zamanda vurğulayıb ki, rəsmi Moskva Azərbaycanla Ermənistan arasında öz milli maraqları əsasında mövcud olan münasibətləri nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunu həmsədrlərindən biridir. Prezident Dmitri Medvedyevin şəxsən özünün bu məsələ ilə məşğul olduğunu deyən S. Lavrov deyir ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərdə ciddi anlaşılmazlıqlar mövcud deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə