Səfir Emil Kərimov etimadnaməsini Bolqarıstan prezidentinə təqdim edib
Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri Emil Kərimov etimadnaməsini Bolqarıstan prezidenti Georgi Pırvanova təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu münasibətilə keçirilən mərasimdən sonra prezident Georgi Pırvanov və səfir Emil Kərimov arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı Bolqarıstan prezidenti ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib və dost ölkə olan Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə də enerji sahəsində əlaqələrin gündən günə inkişafını yüksək qiymətləndirib.
Öz növbəsində səfir Emil Kərimov Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əsaslı zəminin olduğunu vurğulayıb və əlaqələrin inkişaf etdirilməsi yolunda bütün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşün sonunda Bolqarıstan prezidenti Georgi Pırvanov Emil Kərimovu təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB