Ermənistanda dərc edilən “Hraparak” qəzeti ölkənin ikinci prezidenti Robert Köçəryanın istintaqa getməmişdən öncə siyasi həmkarlarına həbs olunacağını deyib. SİA xəbər verir ki, adıçəkilən qəzetin yazdığına görə, Köçəryan ifadə verdikdən sonra, “Yerkir Media”ya müsahibəsində ona qarşı rəsmi ittiham irəli sürüldüyünü deyib və bunu dövlətçiliyin əsasına qoyulmuş bomba” olaraq qiymətləndirib.
“Hraparak” isə yazır: “Bizdə olan məlumata görə, istintaqa getməmişdən öncə, o öz siyasi həmfikirlərinə gedib oturacağını, yəni həbsxanaya salınacağını bildirib və sona qədər mübarizə apararaq, “günahsız olduğunu” sübut edəcəyini deyib.
Xatırladaq ki, Robert Köçəryan 1 mart qırğınlarında əsas ittiham olunan tərəf kimi istintaqa cəlb olunub. Mövcud Nikol Paşinyan hökuməti isə Köçəryan və həmfikirləri tərəfindən "siyasi terror" törətməkdə ittiham edilir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB