Dövlət Miqrasiya Xidməti müsabiqə elan edir

Dövlət Miqrasiya Xidməti müsabiqə elan edir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün aşağıdakı vəzifələrdə işləmək istəyən Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə elan edir. Qurumdan SİA-ya verilən xəbərə görə, Dövlət Miqrasiya Xidmətinin Aparatı aşağıdakı vakant vəzifələr təklif edir:

 

- Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi, inspektor;

- Miqrasiya nəzarəti baş idarəsi, inspektor;

- Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi, inspektor;

- Qaçqın statusunun müəyyənləşdirilməsi və vətəndaşlıq məsələləri idarəsi, inspektor;

- Maliyyə, təminat və təchizat idarəsi, inspektor. Azərbaycan Respublikası

 

Dövlət Miqrasiya Xidmətinin strukturuna daxil olan qurumlar

- Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi, inspektor;

- Şirvan regional miqrasiya idarəsi, inspektor;

- Yevlax regional miqrasiya idarəsi, inspektor;

- Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi, inspektor;

- Lənkəran regional miqrasiya idarəsi, inspektor;

- Xaçmaz regional miqrasiya idarəsi, inspektor;

- Tibb müəssisəsi, inspektor-həkim.

 

Müsabiqədə xarici dil biliklərinə malik olan vətəndaşlara üstünlük verilir.

Müsabiqəyə sənədlərin qəbulu müvafiq ərizə formasında 01.12.2010-cu il tarixdən 30.12.2010-cu il tarixədək aparılır. İştirak etmək istəyən vətəndaşlar tələblərə cavab verdikləri halda göstərilən müddət ərzində müvafiq ərizə formasını doldurmalı və qanunvericilikdə nəzərdə tutulmuş digər sənədləri Dövlət Miqrasiya Xidmətinin Aparatının inzibati binasına (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 2123-cü məhəllə, Binəqədi şossesi 202) təqdim etməlidirlər.

Əlavə məlumatı Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən (www.migration.gov.az) əldə etmək olar.

Əlaqə telefonu: (012) 562 53 01.

Bütün xəbərlər Facebook səhifəmizdə