Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim briqadası Tovuz rayonunda göz xəstəliklərindən əziyyyət çəkənləri müayinə edib. Tovuz rayon Səhiyyə Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, həkimlər gün ərzində görmə patalogiyası, gözdə travma və plastik cərrahiyə, tor qişa və görmə sinirinin payalogiyaları kimi xəstəliklərdən əziyyət çəkən 50-dən artıq vətəndaşı müayinə və müalicə edib.
Bundan başqa təxminən eyni sayda xəstə əməliyyat olunmaq üçün Bakıya göndərilib. Qeyd edək ki, aksiya əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB