Məlum olduğu kimi Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərlərinin Mingəçevir Su Elektrik Staniyasının “vurula” biləcəyi ilə bağlı məlum sərəm açıqlamaları Azərbaycanda sərt şəkildə qarşılandı. Düşmənə konkret izah edildi ki, İrəvana eləcə, də işğalçı rejimin Dağlıq Qarabağda yerləşdiridiyi hərbi obyektlərə endirlə biləcək zərbələr Ermənistanın illərlə özünə gələ bilməməsi ilə nəticələnə bilər.
Əslində İrəvandan səslənən bənzər blefllər yeni deyil və bununla Bakını qorxutmaq olmaz. Bəs analoji sayıqlamalar hansı hədəfə hesablanıb? Gedən siyasi prosseslər göstərir ki, İrəvanda o cümlədən Dağlıq Qarabağda cəmləşən hərbi xunta Azərbaycanı “təhdid” etməklə daxili siyasətdə gərgin olan vəziyyəti yumşaltmağa çalışır. Azərbaycan ordusunun Naxcıvan əməliyyatı, ayrıca hələ də yaddan çıxmayan Lələ Təpə döyüşləri ilə sadə ermənilərin qorxu içində yaşaması heç kimə sirr deyil. Yəni rəsmi İrəvan sərhədboyu əraziləri hər an tərk etməyə hazır olan ermənilərə “qorxmayın” demək istəyir. Amma belə siyasi manevirlər erməni cəmiyyətində artıq təsirini itirib. Haylar Bakı ilə İrəvan arasındakı hərbi güc balansını yaxşı dərk edib və boş açıqlamlarla reallığı dəyişmək istəyi çətin nəticə verə. Diqqət çəkən daha bir məqam isə odur ki, İrəvanın “müharibə” bəyanatları Paşinyanın başını itirdiyi ərəfədə səslənir.
NATO zirvəsindən sonra rus hərbiçilərinin Panik kəndində hayları panikaya salması Moskvanın xəbərdarlığı idi. Kremil incə həmlə ilə Paşinyana barmaq sirkələdi. Rusiya ilə münasibətlərin hər keçən gün gərginləşdiyi bir vaxtda Azərbaycanla müharibə isə Ermənistanın tamami ilə yox olmasına gətirib çıxarar. İrəvanda məhz bu faktordan çəkinir. Moskvanın Paşinyana inamsızlığı Bakının hərbi əməliyyatlara başlaması deməkdir. Ermənistan rəhbərliyində bu qorxu var və İrəvandan gələn sayıqlamalarda mövcud təhlükənin yaratdığı təşvişdir. Mingəçevir SES “hədəf” kimi göstərilməsi də buna hesablanıb.
Hər halda Paşinyanın ermənisayaq siyasi gedişi onu və komandasını növbəti dəfə fiaskoya uğratdı. İstər Moskva istərsə də Bakı bir daha İrəvanın necə təlaş icində olduğuna əmin oldu.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB