Azərbaycan Respublikası Baş Prokurorluğu işə qəbulla əlaqədar müsabiqə elan edir
Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin Kriminalistika laboratoriyasına baş mütəxəssis və mütəxəssis ştat vahidləri üzrə 2 vakant vəzifəyə işçilərin qəbulunu elan edir. Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, işə qəbulla əlaqədar namizədlərdən Microsoft Office, qrafika, animasiya və ya digər proqramlarda işləmək bacarığına malik olması tələb olunur.
Microsoft Office proqramları - Access, Exel, Outlook, Power Point;
Qrafik proqramları - Adobe Photoshop, Alien Skin Bokeh, Jutoh, Wondershare Photo Recovery, AKVIS Retoucher, Foto Mix v.7.5.2, Coded Color Photo Studio və s.
Animasiya proqramları - iClone, 3Ds-MAX, Daz 3d, Adobe Flash, Adobe After Effets, Corel Bryce 7 Pro, Slideshow XL, Frame Forge Previz Studio 3, Animated Wallpaper Maker, Kool Moves və s.
Digər - Photorobot, Foxit Phantom, TextAloud v3.0 və s.
Xarici (rus və ingilis) dil bilən və internet şəbəkəsində sərbəst işləmə qabiliyyətinə malik namizədlərə üstünlük verilir.
İşə qəbulla əlaqədar namizədlər 2011-ci il martın 1-dək Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB