"Azərbaycanın verdiyi hər bir qərarı dəstəkləyirik" Mövlud Çavuşoğlu
"Erməni naziri təbrik etməyim Türkiyənin mövqeyində hər hansı dəyişiklik anlamına gəlmir". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.
Nazir bildirib: "Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanı AŞ PA-da işləyən zaman tanımışam. Onu nazir seçilməsi münasibətilə təbrik etməyimə gəlincə, bu dəfə NATO sammiti çərçivəsində Brüsseldə ayaqüstü görüşdük və salamlaşan zaman onu elə ayaqüstü təbrik etdim. Bu qədər. İndi ermənilər bunu qabartmağa çalışırlar. Sadəcə ayaqüstü təbrik etmişəm, bu o demək deyil ki, Türkiyənin mövqeyində hər hansı dəyişiklik ola bilər".
Mövlud Çavuşoğlu vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır: "Azərbaycanın verdiyi hər bir qərarı dəstəkləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB