Azərbaycan nümayəndə heyəti “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi üçün Türkiyəyə səfər edəcək - AÇIQLAMA
Azərbaycan nümayəndə heyəti "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi üçün Türkiyəyə səfər edəcək. Bu barədə SİA-ya millət vəkili Musa Quliyev məlumat verib. O bildirib ki, səfər Ümumdünya Səhiyyyə Təşkilatının təşəbbüsü ilə baş tutacaq. M.Quliyevin sözlərinə görə. səfər çərçivəsində Türkiyə Səhiyyə Nazirliyinin rəhbərliyi ilə görüşlərin keçirilməsi, qanun layihəsi ətrafında geniş müzakirələrin aparılması nəzərdə tutulur.
"Bundan əlavə, səfər çərçivəsində bələdiyyə qurumları və onların daxilində siqaretçəkməyə nəzarət etmək üçün yaradılan xüsusi komissiyalarda görüşlər olacaq və bu zaman onların təcrübəsi ilə daha yaxından tanış olmağa çalışacağıq. Bizim hazırladığımız "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" qanun layihəsi 7-8 maddədən ibarətdir. Ancaq indi bizə məlum olub ki, bu qanunu hazırlayarkən ÜST-nin Tütünlə bağlı Çərçivə Konvensiyasının bəzi müddəalarını nəzərə almamışıq. Sosial siyasət komitəsi parlamentin payız sessiyasında qanuna yenidən baxacaq və bu zaman konvensiyasının müddəaları nəzərə alınacaq. Düşünürəm ki, bunun üçün xüsusi qruplar yaradılaraq layihəyə yenidən baxmaq lazımdır. İnanıram ki, yaxın zamanlarda bu qanunun qəbuluna nail ola biləcəyik", - deyə o əlavə edib", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB