Abdullah Gül: "Heç kim Türkiyə ilə Azərbaycanın arasına girə bilməz" - MÜNASİBƏT

Abdullah Gül: "Heç kim Türkiyə ilə Azərbaycanın arasına girə bilməz" - MÜNASİBƏT

Turkiyə Prezidenti Abdullah Gül ATƏT-in sammiti çərçivəsində səfərdə olduğu Qazaxıstanda bütün xəbərlərdən əvvəl dünya ölkələrində ən çox danışılan mövzulardan biri - Wikileaks sənədləri haqqında jurnalistlərin suallarını cavablandırıb. SİA-nın StarGundem xəbər agentliyinin saytına istinadən verdiyi məlumata görə, Türkiyə Prezidenti Wikileaks internet saytında dərc olunan sənədləri "diplomatiyanın 11 Sentyabrı" olaraq görmədiyini söyləyib. O, Azərbaycanla Türkiyənin arasının pozulma həddinə çatdığı iddialara da fikir bildirib: "Qonşu ölkələrlə əlaqədar deyilən fikirlərə, şaiyələrə baxıldığında bir məqsəd varmış kimi gəlir. Türkiyə ilə Azərbaycan arasındakı dostluğa heç kim təsir edə bilməz. Çöldən fərqli qiymətləndirmələr edilə bilər. Amma bunu dəyişdirə bilməzlər".

Qeyd edək ki, adı sadalanan saytın bu ana qədər 251 min 287 sənəddən yalnız 243-nü nəşr etdiyi qeyd olunur. Əsas fırtınanın isə bundan sonra açıqlanacaq sənədlərlə qopacağı güman edilir. Ən maraqlı fakt isə indiyə qədər nəşr olunan sənədlərdən 27-i ABŞ-a aid olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə