Ümumdünya Tütünçəkmədən İmtina Gününə həsr edilmiş dəyirmi masa keçirilib - TƏDBİR
Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Ümumdünya Tütünçəkmədən İmtina Gününə həsr edilmiş dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ASİM-nin direktoru Ceyhum Məmmədov, millət vəkilləri Musa Quliyev, Qənirə Paşayeva, İlham Məmmədov, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev və digər tibb mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov bildirib ki, Beynəlxalq Tütünçəkmədən İmtina Günü noyabr ayının üçüncü çərşənbə axşamı qeyd olunur. Onun sözlərinə görə, bu tarix 1977-ci ildə Amerikanın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilib. O vurğulayıb ki, 1988-ci ildə ÜST Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümumdünya Tütünsüz Günü elan edilib: "Dünyanın 50-dən artıq ölkəsinin imzaladığı ÜST-nin 21 may 2003-cü il tarixli Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına Azərbaycan da 2005-ci il noyabrın 1-də qoşulub. Bu konvensiya tütün məlumatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən bəşəriyyətin ilk beynəlxalq razılaşmasıdır ki, ictimai yerlərdə siqaret çəkməyi və tütün məlumatlarının hər-hansı formada reklamnı qadağan edir. Tütünçəkmə dünyanı bürümüş qlobal problemlərdən biridir və onunla mübarizə beynəlxalq səviyyədə aparılır. Azərbaycanda da tütünçəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların, yeniyetmələrin və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, bütün məlumatların istehlakının zərərli təsirinin azaldılması məqsədi daşıyır".
Tədbirin davamında çıxış edən millət vəkili Musa Quliyev siqaretçəkmənin məhdudlaşdırılması məsələsinin Milli Məclisdə ilk dəfə 2002-ci ildə qaldırıldığını söyləyib. O bildirib ki, həmin vaxt bu məsələ parlamentdə düzgün başa düşülmədi və o zaman cəmiyyətdə belə bir məsələyə hazır deyildi. Musa Quliyeviun sözlərinə görə, ötən il "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" qanun layihəsi hazırlanaraq bütün aidiyyati nazirliklərə göndərildi, ancaq bu qanunun qəbulu ləngidi: "Burada belə bir məsələ var idi. Qanun ya qəbul olunduqdan sonra işləməli, ya da işləməməli idi. Əgər qanun qəbul edildikdən sonra işləməsə gözdən düşəcək və onun yenidən hazırlanması üçün illərlə vaxt lazım idi. Bu qanunda 3 əsas istiqamətlər müəyyənləşmişdi. Qanunun təşkilati tədbirləri, maarifləndirmə və qadağa sanksiyaları. İlk 2 məsələ öz həllini tapsada, qadağa sanksiyaları ilə bağlı problemlər yarandı. Fikirləşdik ki, bu problemlərin həllində Türkiyə təcrübəsindən yararlansaq daha məqsədəuyğun olar. Türkiyə təcrübəsində bələdiyyələr daha geniş səlahiyyətlərə malikdir və onların daxilində xüsusi komissiyalar yaradılıb. Ancaq bizdə bələdiyyələrin belə bir səlahiyyətləri yoxdur. Düşünürəm ki, qanun layihəsinə Milli Məclisin 4-cü çağırışında yenidən baxılacaq və qısa zaman çərçivəsində qanun layihəsi qəbul olunacaq".
Millət vəkili Qənirə Paşayeva isə çıxışında bu istiqamətdə bir sıra məsələlərə aydınlıq gətirib. O bildirib ki, qanun layihəsi cəmiyyət və onun maraqları üçün lazımdır. Q.Paşayeva bu istiqamətdə geniş müzakirələrin, maarifləndirici tədbirlərin az olmasından şikayətlənib: "Təəssüflər olsun ki, bu gün televiziya kanalları, kütləvi informasiya vasitələri tütünlə mübarizəyə dair bağlı reklam rolikləri, verilişlər, xüsusi yazılar hazırlamırlar, Bundan əlavə, ölkəmizdə siqaretdən xilas olmaq istəyən insanlar üçün xüsusi mərkəzlərin qurulması önəmlidir. Bir sözlə, biz gördüyümüz işlər sayəsində bu qanunun cəmiyyətdə lazımi səviyyədə qəbul olunmasına və qanunun sonradan işlək olmasına nail olmalıyıq".
Tədbirin davam müxtəlif əruzələr dinlənilib və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB