ATƏT-in baş katibi: “Azərbaycan və Ermənistan prezidentlərinin mütəmadi görüşlər keçirməsi münaqişənin nizamlanması üçün vacibdir” - AÇIQLAMA

ATƏT-in baş katibi: “Azərbaycan və Ermənistan prezidentlərinin mütəmadi görüşlər keçirməsi münaqişənin nizamlanması üçün vacibdir” - AÇIQLAMA

ATƏT-in baş katibi Azərbaycan və Ermənistan dövlət başçılarına mütəmadi görüşməyi təklif edib. SİA-nın "Тengrinews.kz"-ə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in baş katibi Mark Perrin de Brişambo bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Mən hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin mütəmadi görüşlər keçirməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və sülhün bərqərar olması baxımından vacibdir. Çünki bu zəmində regionda sülh və təhlükəsizlik bərqərar olar və Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək mümkündür."

 

Azərbaycan və Ermənistan prezidentləri arasında ATƏT-in Astana sammiti çərçivəsində görüş keçiriləcəyi barədə məlumata malik olmadığını deyən Mark Perrin de Brişambo eyni zamanda Qazaxıstan prezidentinin tərəflərin yaxınlaşmasında mühüm rol oynadığını vurğulayıb.

 

Rusiya-Gürcüstan münasibətlərinə gəlincə ATƏT-in baş katibi: "Baş tutacaq sammit bütün tərəflərə unikal şans verəcək ki, öz problemlərini müxtəlif səviyyələrdə bütün iştirakçılarla müzakirə edə bilsinlər"- deyə cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə