1995-ci ildən BMT-in təşəbbüsü ilə 1 dekabr Ümumdünya AİDS-lə mübarizə günü kimi qeyd olunur. HİV/AİDS-lə mübarizənin miqyası daha da genişləndirilərək BMT tərəfindən minilliyin inkişaf məqsədlərinə daxil edilib. Bu gün də dünyanın bir çox ölkələrində adı çəkilən problemlə bağlı müxtəlif tədbirlər keçirilir. "İRƏLİ" İctimai Birliyi də 1 Dekabr 2010-cu il tarixində "WORLD AIDS DAY" adlı aksiya həyata keçirəcəkdir.
Birlikdən SİA-ya verilən məlumata görə, aksiyanın əsas məqsədi gənclər arasında maarifləndirmə, zərərli vərdişlərdən çəkindirmə, sağlam həyat tərzinin təbliği və bu sahəyə insanların diqqətinin artırılmasıdır.
Tədbir çərçivəsində sağlam həyat tərzi ilə bağlı təlimlər, filmin nümayişi, şəhərin müxtəlif yerlərində məlumat bukletlərinin paylanılması və şəhərin mərkəzində canlı-simvolik lentin yaradılması nəzərdə tutulub. Aksiyada 100-dən artıq gəncin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB