Dünya xammal bazarında bu səhər neftin qiyməti ABŞ-da açıqlanmış ticarətə aid statistik rəqəmlər fonunda artıb. SİA-nın məlumatına görə, New-York əmtəə birjası NYMEX-də WTI markalı neftin yanvar fyuçerslərinə olan qiyməti saat 08:00 üçün 0,07 dollar qalxaraq 85,80 dollar olub.
Nerftin qiymətinin artmasına təsir göstərən digər amillərdən biri də bəzi Avropa ölkələrində şaxtalı hava şəraitinin müşahidə olunması olub. Belə ki dünən gecə NYMEХ əmtəə birjasında WTI markalı neftin yanvar fyuçerslərinə olan qiyməti 1,97 dollar və ya 2,4% qalxaraq 85,73 dollar, London
əmtəə birjası IСE Futures-də Brent markalı neftin yanvar fyuçerslərinə olan qiyməti 1,76 dollar və ya 2,1% artaraq 87,34 dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB