Tariq Əzizin ölüm hökmü ləğv edilib

Tariq Əzizin ölüm hökmü ləğv edilib

İraqın keçmiş xarici işlər naziri Tariq Əziz İran-İraq müharibəsi dövründə şiə kürdlərə qarşı cinayətlərə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. SİA-nən xəbərinə görə, Əzizin bundan əvvəlki ölüm hökmü onun cinayətlərdə daha az iştirakına görə ləğv edilib. Səddam Hüseynə yaxın digər iki nəfər həmin işlə bağlı ölüm hökmünə məhkum edilib.

Ötən ay İraqın Cinayət Məhkəməsi Tariq Əzizi asılmaqla edam hökmünə məhkum etmişdi. Lakin İran prezidenti Cəlal Təlabani Əzizin ölüm fərmanını imzalamayacağını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə