"Türkiyə terrorla mübarizədə arzu etdiyi dəstəyi görmür"

"Türkiyə terrorla mübarizədə arzu etdiyi dəstəyi görmür"

Liviyada üçüncü Avropa Birliyi-Afrika sammiti başlayıb. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Liviya lideri Müəmmər Qəzzafini dəvəti ilə fəxri qonaq olduğu sammitdə çıxış edib.

Türkiyənin terrorla mübarizədə arzu etdiyi dəstəyi görə bilmədiyini deyən Ərdoğan "Türkiyənin Avropa Birliyinə üzvlüyü əssasız mübahisələrlə daha çox əngəllənməməlidir" deyib.

Sammitdə Avropaya köç, demokratiya, insan haqları, ticarət, qlobal istiləşmə, enerji mənbələri, təhsil və kosmos texnologiyası kimi məsələlər müzakirə olunur. 40-a yaxın dövlət başçısının iştirak etdiyi sammit Avropa ilə Afrika arasındakı əlaqələrin bəbabərlik təməlli ortaqlığa çevrilməsi istiqamətində ortaya qoyulan iradənin təsdiqlənməsi xarakteri daşıyacaq.

Baş nazir Ərdoğan Liviyada "Qəzzafi İnsan Haqları Mükafatı Beynəlxalq Komitəsi" tərəfindən veriləcək insan haqları mükafatını da alacaq. Ərdoğanın Liviya rəsmi dairələri ilə fikir mübadiləsi aparacağı gözlənilir

Bütün xəbərlər Facebook səhifəmizdə