Azərbaycan Parlamentinin yeni tərkibdə bu gün keçirilən ilk iclasında Milli Məclisin sədri vəzifəsinə Oqtay Əsədov, I vitse-spiker Ziyafət Əsgərov, vitse-spikerlər Bahar Muradova və Valeh Ələsgərov seçiliblər.
SİA-nın xəbərinə görə, parlamentin ilk iclasında komitə sədrləri də seçilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Əli Hüseynov, İqtisadi siyasət komitəsinə Ziyad Səmədzadə, Təhlükəsizlik və müdafiə komitəsinə Ziyafət Əsgərov, Təbii ehtiyatlar, energetika və ekalogiya komitəsinə Valeh Ələsgərov, Aqrar siyasət komitəsinə Eldar İbrahimov, Sosila siyasət komitəsinə Hadı Rəcəbli, Regional məsələlər komitəsinə Arif Rəhimzadə, Elm və təhsil komitəsinə Şəmsəddin Hacıyev, Mədəniyyət komitəsinə Nizami Cəfərov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə Səməd Seyidov, İnsan hüquqları komitəsinə Rəbiyyət Aslanova sədr seçiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB