Çümşüd Nuriyev: “Azərbaycan müxalifəti Turqut Əri qızıl onluq kimi sırımağa çalışır” - MÖVQE

Çümşüd Nuriyev: “Azərbaycan müxalifəti Turqut Əri qızıl onluq kimi sırımağa çalışır” - MÖVQE

"Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevlə bağlı kitabda verilən fikirlər hamısı yalandır". SİA-nın xəbərinə görə, bunu politoloq Cümşüd Nuriyev Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış və çoxsaylı səhvlərinə görə diplomatik fəaliyyətdən uzaqlaşdırılmış Turqut Ərin yazdığı kitaba münasibət bildirərkən deyib. Onun sözlərinə görə, kitabda Heydər Əliyev barəsində yazılan ittihamlar Daşnaksütyun partiyasının lideri tərəfindən deyilən sözləridir ki, gündəmə gəlir. Məhz bu səbəbdən Turqut Ər Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu proseslərində ümummilli lider Heydər Əliyevin tarixi rolu və müstəqillik illərində ölkəmizdə gedən ictimai-siyasi proseslər haqqında əsassız, qərəzli və qeyri-obyektiv mülahizələr irəli sürür və bununla da ictimai rəyi çaşdırmağa çalışır: "Azərbaycan müxalifəti Turqut Əri qızıl onluq kimi sırımağa çalışır. Burada informasiya müharibəsi aparılması üçün istifadə olunan on metodun onundan da istifadə olunub. Şüuraltı təsirdən istifadə olunub. Bunun arxasında başqa bir məsələ durur. Çox maraqlıdır ki, burada Türkiyə MİT-nin həbsdə olan Saldıray Berk, Əkorku Tekinini də adı çəkilir. Abdulla Çetin onları Azərbaycana gətirmişdi. Abdulla Çətini isə mən həbs etmişəm. Rövşən Cavadov 12 nəfərlə bir yerdə gəlib alıb onu mənim əlimdən. Turqut Əri Seyfəddin Altaylı ilə birgə Azərbaycanda çevirliş etmək istəyi ilə Bakıya gələndə hava limanında 120 dollarla tutmuşam".

 

Kitabın çap olunmasında gözlənilən digər məqsədlərə gəlincə politoloq deyib ki, ilk növbədə kitab Turqut Ərin əlinin məhsulu deyil. Qərb dövlətlərinin çox gözəl hazırladığı bir provokasiyadır və Türkiyədə bu prvokasiyanın içindədir. Çünki Türkiyə hazırda Ermənistanla sərhədi açmaq üçün küncə qısılıb: "Bunlar özlərinə sərf edən şeyləri Ermənilərin adı ilə veririlər. Bu kitabın çıxmağından sonra Türkiyə prezidenti Sarkisyanı İsveçrədə möhkəm təriflədi. Çünki İsveçvrə protokolları imzalandı, ratifikasiya olunmadı. Ermənistan çox çətin vəziyyətə düşür. Amerika Ermənistanı Rusiyanın əlindən almaq istəyir. Onun yeganə şansı isə Türkiyədir. Fikrimcə planlı şəkildə aparılan bu məkrli siyasət ayaq tutsa da yeriməyəcək. İki ölkə arasında müxtəlif bəhanələrlə soyuqluq yaratmaq istəyən müəyyən siyasi qüvvələr iflasa uğrayacaqlar. Kitaba gəlincə isə, niyə Turqut Ər bu sözləri Heydər Əliyevin vaxtında demirdi. Kişi idisə, o vaxtı deyərdi. Onda Heydər Əliyev də sağ idi. Deməli bu kitab Türkiyə və Azərbaycan dostluğunu sarsıtmaq üçün hesablanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə