Əkbər Yolçuyev: “Azərbaycanla Türkiyə arasındakı münasibətlərə keçmiş diplomatın hər hansı şəkildə təsir göstərəcəyinə inanmıram” - MÜNASİBƏT

Əkbər Yolçuyev: “Azərbaycanla Türkiyə arasındakı münasibətlərə keçmiş diplomatın hər hansı şəkildə təsir göstərəcəyinə inanmıram” - MÜNASİBƏT

Türkiyə-Azərbaycan arasındakı münasibətləri hansısa öz vəzifəsindən getmiş diplomat müəyyənləşdirmir. Bu barədə SİA-ya açıqlamasında Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Yolçuyev türkiyəli keçmiş diplomat Turqut Ərin yazdığı kitabda əks olunan fikirlərə münasibət bildirərkən deyib.

O Azərbaycanla Türkiyə arasındakı münasibətlərin əzəli, əbədi mahiyyətinə keçmiş bir diplomatın hansısa təsir göstərəcəyini qəbul edə bilmədiyini qeyd edib. Onun sözlərinə görə, hər bir məsuliyyətli şəxsin özü ilk növbədə imici, vaxtilə çalışdığı vəzifənin imici, bütövlükdə isə ölkəsinin imici naminə belə şeylərdən uzaq durmalı idi: "Heç şübhəsiz ki, mənim bu məsələyə münasibətim mənfidir. Çox təəssüf hissi keçirirəm ki, iki qardaş ölkə arasındakı münasibətlərin inkişafı, tərəqqisi, günü-gündən daha da irəli getməsi kimlərisə qane etmir və bəzi insanlar hər hansı formada özlərini prosesdən kənarda saxlayır. Nəinki kənarda saxlayır, hətta bəzi yalnış açıqlamalar verirlər. Bu açıqlama ilə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin xoş olmamasında maraqlı olan insanları sevindirəcək addımlar atılıb. Hesab edirəm ki, hər kəs bundan nəticə çıxarmalıdır. İlk növbədə isə Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyi bu məsələyə münasibətini bildirməlidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanla və Türk Dünyası arasında münasibətlərinin inkişafı, özəlliklə Türkiyə dövləti ilə münasibətlərin inkişafı və bütövlükdə Türk Dünyasında inteqrasiya sahsində gördüyü işlər hər kəsə məlumdur. Bunu sadəcə olaraq görmək və idrak etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə